Qadın həyatın özünə həyat verən varlıqdır

7 mart 2019-cu il Beynəlxalq Qadınlar Günü münasibəti ilə 121 nömrəli məktəbin V və VI sinif şagirdləri tərəfindən məktəbin qadın müəllimlərinə həsr olunmuş "Qadın həyatın özünə həyat verən varlıqdır" adlı tədbiri həyata keçirdilər. Şagirdlər qadına olan dəyəri və hörməti əks etdirən səhnəciklər, qadın, ana və müəllimə həsr olan şeir parçaları, müxtəlif rəqs nümunələri və mahnılar ifa etdilər. Varlığı ilə bizə həyat verən qadınları-müəllimləri təbrik edərək tədbiri yekunlaşdırdılar.