1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı seminar keçirildi

1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq MM Qərargahının rəisi Həmişəxanım Bayramova və GÇH rəhbəri Mahir Ağayev tərəfindən seminarlar təşkil edild.Şagirdlər bu günün əhəmiyyəti ilə bağlı təlimatlandırıldı.Bildirildi ki,şagirdlər bu günün mahiyyətini dərindən dərk etməli və hər bir fövqaladə vəziyyətə hazırlıqlı olmalıdırlar.Şagirdlərə siniflərdə keçirilən seminarlarda Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi,məqsədi,vəzifələri ətraflı şəkildə izah edildi.Belə ki,1 mart Ümumdünya Mülki Müdafiə Gününü ilk dəfə 1931-ci ilin mayında tibb xidmət generalı Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatı olaraq təşkil etmişdir. Sonralar bu təşkilat Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan da 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.Təşkilatın əsas vəzifələri həm müasir mühəribələrin, həm də sakitlik dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterik fəsadlarının maksimum dərəcədə aradan qaldırılmasıdır. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi,fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir.Qeyd edilmiş qaydaların eyni zamanda təhsil ocaqlarında da düzgün tətbiqinin,bu və ya digər fövqaladə hal zamanı məktəb rəhbərliyi,pedoqoji və texniki heyyət,həmçinin məktəblilərin fəal iştirakının vacibliyi xüsusi vurğulandı.