“Xocalı harayı” mövzusunda dəyirmi masa keçirildi

26 fevral 2019-cu il tarixində Xocalı soyqırımının iyirmi yeddinci  ildönümü münasibətilə tarix müəllimi Nadir İmamverdiyev  “Xocalı harayı” mövzusunda dəyirmi masa  keçirdi. Dəyirmi masada Azəbaycan xalqının bədnam qonşuları tərəfindən uğradığı xəyanət,böyük yüksəliş və əbədi müstəqillik qazanmamışdan əvvəl yaşadığı dəhşətli faciələr əsas gündəmə qoyulan məsələ qoyuldu.Belə ki,ermənilərin qədim Azərbaycan torpaqlarına olan iddiasının təməli hələ 1918-ci ilə gedib çıxırdı.O dövrdə qədim İrəvan xanlığı Sovet Rusiyasının təşəbbüsü ilə ermənilərə “güzəş” tedildi.Sovet hökümətinin bu təşəbbüsündən ruhlanan ermənilər daha da irəli gedərək Qarabağ torpağlarına göz dikdilər.Hətta Azebaycanın qədim şəhəri olan Xankəndinin adını dəyişdirərək erməni terrorçusu Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırmaq xeyalını qururdular.Bütün bunların son nəticəsi olaraq Xocalıda qətliam törətmək planı qurdular və bu planı həyata keçirmək üçün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı amansız divan tutdular.Qadın,uşaq,yaşlı demədən 613 nəfər dinc sakin xüsusi amansızlıqla qətlə yetirilmiş,1275 nəfər girov götürülmüşdür.Bu vicdansız və qəddarcasına törədilən soyqırım heç bir hüquq normasına sığışmamışdır .1948-ci il 10 dekabr tarixində Cenevrə Konqresinin qərarı ilə mülki əhaliyə qarşı hərbi qüvvə yeridilməsi qəti qadağan olunsa da,ermənilər bu qanuna riayət etməyərək,öz məkirli planlarını həyata keçirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi