“Açıq dərs” keçirildi

            19  fevral 2019-cu il tarixində kimya müəllimi İradə Azadəliyevanın  VIIsinfində “Oksigenin xassələri və alınması” mövzusunda “açıq dərsi” keçirildi.Açıq dərsin məqsədi oksigeni kimyəvi element kimi yaxından tanımaq,onun atom quruluşu,fiziki və kimyəvi xassələrini,təbiətdə və insan həyatındakı rolunu daha dərindən öyrənmək idi.      Müəllim oksigenin əhəmiyyəti barədə şagirdlərdə təsəvvür yaratmaq üçün ilk öncə “Havasız mühitdə uzun müddət qaldıqda sizin orqanizminizdə nə baş verər?” sualını onlara ünvanlayır.Şagirdlər öz sözləri ilə bu əlamətləri izah etməyə çalışırlar.Daha sonra müəllim oksigen haqqında bir neçə əsas məlumatı şagirdlərə çatdırır.Bu nəzəri bilikləri sübut etmək üçün isə müəllim təcrübə aparır.Belə ki,müəllim hidrogen peroksidi katalizator vasitəsilə parçalayır və bu zaman ayrılan oksigen qazını sübut etmək üçün sınaq şüşəsinə közərmiş çöp salır.Çöpün yanması oksigen qazının varlığını sübut edir.Beləliklə,şagirdlər əyani olaraq oksigenin fiziki və kimyəvi xassələri ilə tanış olurlar.Sonra şagirdlər üç qrupa ayrılaraq tədqiqat aparır və oksigenlə bağlı bilik və bacarıqlarını möhkəmləndirirlər.Təqdimatdan sonra nəticələr ümumiləşdirilir və qruplar meyarlar üzrə qiymətləndirilir.Sonda şagirdlər oksigenin əhəmiyyətini,təbiətdə və öz həyatlarındakı rolu barədə fikirləri qeyd edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi