“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ”

“Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinin icrası ilə bağlı məktəbdə tədbirin həyata keçirilməsi məqsədilə Əsasnaməyə uyğun “Tədbirlər planı” hazırlanmış və plana əsasən 15 fevral 2019-cu il tarixində layihə həyata keçrildi.Layihə çərçivəsində ümumtəhsil müəssəsində ibtidai ,orta, və yuxarı sinif blokunda təhsil alan şagirdlərinin valideynləri, övladlarının təhsil aldığı məktəbə dəvət edildilər. Məktəblə tanışlıqdan sonra valideynlərin dərslərdə iştirakı təmin edildi.Sonda məktəbin akt zalında “Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminar keçrildi. Seminarda Tərbiyə işləri üzrə Elnarə Kərimova, məktəb psixoloqu Samirə Rzayeva ,Təhsilə Dəstək Mərkəzinin əməkdaşı Rövşən Qasımov ,direktor Akif Abdullayev çıxış etdi. Seminarda valideynləri maraqlandıran suallara cavab verildi və layihə uğurla həyata keçrildi və şagirdlərin iştirakı ilə bədii hissəylə yekunlaşdı.