Bilik sərgisində şagirdlərimiz sertifikatla mükafatlandırıldılar

18 Dekabr 2018-ci il tarixində Azərbaycan Britaniya Kollecində Dördüncü Bilik Sərgisi təşkil olunmuşdur.Təkrar Emal mövzusunda bir-birindən maraqlı layihələrlə çıxış edən yuxarı sinif şagirdləri digər beynəlxalq və dövlət məktəblərinin də iştirak etdiyi Bilik Sərgisində yarışmış və günün sonunda qaliblər müəyyənləşərək sertifikat və medallarla mükafatlandırılmışdırlar.Məktəbimizin 9-cu sinif şagirdləri Rzalı Xəlil və Atayeva Esmira ekologiya kateqoriyası üzrə ingilis dilində hazırladıqları “Günəş enerjisinin ən effektiv növləri” layihələri ilə sərgidə iştirak etmiş və sertifikata layiq görülmüşdürlər. Şagirdlərimizin layihəsinin ərsəyə gəlməsində məktəbimizin biologiya müəllimi Əzizova Mələk və ingilis dili müəllimi Günel Bayramovanın birgə əməyi olmuşdur. Sərginin bağlanış mərasimində hər iki elmi rəhbər sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. SOCAR Ekologiya Departamenti, STEM təhsil mərkəzi, AREA –Azərbaycan Robotexnika Mühəndisliyi akademiyası , Aşqarlar Kimyası İnstitutu da öz stendləri ilə şagirdlərə dəstək olmuşdurlar. Qazanılan uğur şagirdlərimizi daha əzmlə oxumağa,daha böyük layihələr üzərində işləməyə ruhlandırılır.