Riyaziyyat fənnindən viktorina keçirilib
25 yanvar 2019-cu il tarixində məktəbin riyaziyyat müəllimi Səyavuş Batıyev lXç sinfində riyaziyyat fənnindən viktorina keçirdi. Təşkil olunmuş vitorina şagirdlərin böyük marağına səbəb oldu. Belə ki,onlar bu tədbir prosesində yeni biliklər əldə etməklə, əvvəlki biliklərini də möhkəmlədirmiş oldular.Müəllim viktorinanının keçrilməsi üçün şagirdlərin marağına səbəb ola biləcək, ensiklopedik, məntiqi suallar tərtib etmişdi.Şagirdlər əvvəlcə hasili sıfıra bərabər olması üçün lazım olan şərti tətbiq etməli, daha sonra isə verilmiş ədədləri praktik olaraq müqayisə etməli, xətti ölçülərini (en,uzunluq və hündürlük) nəzərə alınmaqla otağa üzlük çəkmək üçün nə qədər vəsait lazım olacağını, verilmiş şərtlər daxilində hər hansı avtomobilin nömrəsinin tapılması tipli məsələləri həll etməli və müəyyən nəticəyə gəlməli idilər.Müəllim əsas məqsədinə və təlim nəticələrinə nail oldu. Sonda nəticələr ümumiləşdirildi və qalib komanda qiymətləndirildi.