IV siniflərdə aparılan monitorinqin müzakirəsi keçirilib

“Təhsildə keyfiyyət ili” ilə əlaqədar yanvar ayının 25-i və  26-sı dil-ədəbiyyat,riyaziyyat, ibtidai sinif müəllimləri, ibtidai siniflər üzrə metodbirləşmə sədri və direktor müavininin iştirakı ilə 4-cü siniflərdə aparılmış monitorinqin nəticələri müzakirə olunmuşdur.Azərbaycan dili müəllimləri tərəfindən aparılmış yoxlama yazı işlərinin nəticələri əsasında təlimin keyfiyyəti və mənimsənilməsi səviyyəsi müəyyənləşdirilmişdir.Fənn müəllimləri tərəfindən mütəmadi olaraq aparılan bu yoxlamaların məqsədi şagirdlərin yazı və oxu vərdişlərini eləcə də, riyazi hesablamalar apara bilmək qabiliyyətini müəyyən etməyə xidmət edir. Riyaziyyat fənn müəllimlərinin apardıgı monitorinqlərdən məlum oldu ki, IV sinif şagirdləri əməllər sırasında və məsələ həllində çətinlik çəkirlər.Şagirdlərin yazılarındaki səhvləri aşkara çıxarmaq , baş vermə səbəblərni müəyyənləşdirib, qruplaşdırmaq və aradan qaldırmaq üçün fənn müəllimləri tərəfindən ibtidai sinif müəllimlərinə bir sıra tövsiyələr verildi.Gələcəkdə fənn müəllimləri və ibtidai sinif müəllimləri ilə birlikdə seminarların keçirilməsi də nəzərdə tutuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi