Beynəlxalq Ana Dili Günü keçirildi
18 fevral 2016-cı il tarixdə məktəbin 1"ç" sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirkeçirildi.Məktəbin İbtidai sinif müəllimi Gülər Hüseynovanın rəhbərlik etdiyi 1"Ç" sinif şagirdləri ana dilimizlə bağlıçeirlər söylədi,nəğmələr oxudu,maraqlı səhnələr canlandırdılar.Şagirdlər ana dilimiz olan Azərbaycan dilinə olan sevgilərini və bağlılıqlarını söylədiklərişeir və nəömələrdə yüksək səviyyədə əks etdirdilər.Cəmi 5 aydır ki məktəbə qədəm qoymuş birincilər ifa etdikləri milli rəqsləri iləvalideyn və qonaqlar tərəfindən yüksək alqışlarla qarşılandılar.Tədbirdə müəllim,valideyn və şagird kollektivlərindən başqa dəvətolunmuş - Milli Təhsil Şurasının sədri Əjdər Ağayev,Təhsil Problemləri İnstitutunun əməkdaşı,jurnalist İlham Əhmədov və 230 saylıməktəbin direktoru Elşən Qafarov da iştirak edirdilər.Tədbirin sonunda qonaqlar , məktəbin direktoru Akif Abdullayev şagirdlərin bucür milli ruhda böyüməsi,tərbiyə olunması,milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşması və tədbirin yüksək səviyyədə hazırlanmasınagörə əziyyət çəkən sinif müəlliminə,valideynlərə,şagirdlərə minnətdarlıqlarını bildirdilər.( tədvirin videosu Videoqalereyada yerləşdirilir)