Şərəfli zirvədir şəhid olmaq

 

16 yanvar 2019-cu il tarixində məktəbin 5ə sinfi " Şəhidlər Xiyabanı"na getmişdir. Şagirdlər məzarları ziyarət edərək gül dəstələri qoymuşdur.

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Xalqımızın müstəqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Belə ki, 1990-cı ilin 20 yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin ağır texnika ilə silahlanmış ordusu öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza divan tutmaq və xalqın mübarizə əzmini qırmaq üçün vəhşiliklər törətdi. Həmin gün paytaxt Bakı dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağılır, bağlar viranəyə dönür, məsum körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı və mübarizə əzmini göstərdi.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi