“Alternativ enerji mənbələri” mövzusunda dəyirmi masa keçirilib

5 dekabr 2018-ci il tarixində “Alternativ enerji mənbələri” mövzusunda dəyirmi masa keçirilimişdir. Fizika müəllimi Həsənova Şövkətin təşkil etdiyi bu dəyirmi masada IX sinif şagirdləri iştirak edirdi.Dəyirmi masada bərpa olunan enerji ehtiyatları və bərpa olunmayan enerji ehtiyatları haqqında söhbət açıldı. Həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istidifadəsinə zərurət yaradır.Aparılan müzakirələr şagirdlərin fəallığı ilə keçirildi. Bu dəyirmi masada onlar dünyada qlobal məsələlərlə yaxından tanış oldular və eyni zamanda geniş, ətraflı məlumat aldılar.