“Şəkərli diabet” xəstəliyinin profilaktikası ilə bağlı tədbir keçirilib

Şəkərli diabet mədəaltı vəzinin funksiyasının pozulmasından əmələ gəlir. Qanda şəkər ya artır, yada azalır. Yəni hiperqlikemiya olur, yada hipoqlikemiya. Çox vaxt çəkisi normadan artıq olan insanlarda bu xəstəliyə rast gəlinir. Hiperqlikemiyada şəkəri normallaşdırmaqdan ötrü insulindən istifadə olunur. Hipoqlikemiya isə əksinə insulindən istifadə əks göstərişdir.
Məktəbimizdə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədilə valideynlər və şagirdlər arasında maarifləndirici söhbətlər aparılır. 5 dekabr 2018-ci il tarixində məktəb üzrə şagird, müəllim, məktəbin tibb bacısı Ləyaqət Əbdürəhmanova, tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova, Uşaq birliyi rəhbəri Sevda Əliyeva və valideylərin iştirakı ilə akt zalında seminar keçirildi. Diabet xəstəliyinin profilaktikası, realibitasiyası barədə valideyn və şagirdlərə geniş məlumatlar verildi, şəkərli diabetlə bağlı hazırlanmış səhnəcik nümayiş etdirildi.Məktəbdə şəkərli diabet xəstəsi olan iki şagird və bir neçə müəllim daima tibb bacısının nəzarətində olurlar.