Həyatın möcüzələri haqqında təqdimat keçirilib

Günəş, su, hava, səma, bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir. Təbiət canlı və cansız olur. Günəş, ulduzlar, hava, su, daşlar cansız təbiəti təşkil edir. Bitkilər, göbələklər, heyvanlar canlı təbiətdir. Hər tərəfi xalı kimi bəzəyən meşələr, gur və sakit axan çaylar, ecazkar göllər, mavi Xəzər, vəhşi heyvanlar, buz kimi bulaqlar, əzəmətli dağlar təbiətin möcüzəsidir.Təbiət həm də bizim həyatımızı zinətləndirir. Hər bir insan təbiəti qorumalı və qayğısını çəkməlidir. Təbiətin qayğısını çəkməklə insan öz gözəl və sədaqətli gələcəyini təmin edir.Bu məqsədlədə 03.12.2018-ci il tarixində Həyat Bilgisi fənninini tədris edən Könül Həsənova “Həyatın möcüzələri haqqında”VIII a sinfində təqdimat keçirdi.Təqdimat 4 komanda arasında aparıldı.Hazırladığı təqdimata görə fərqlənən “Həyat “və “Ekologiya” komandası I yerə”, Möcüzə“ II yerə ,“Təbiət “komandası isə III yerə layiq görüldü.Şagirdlərin bu əməyi rəhbərlik tərəfindən rəğbətləndirildi.