IV sinif şagirdləri arasında intellektual yarış keçirilib

19 noyabr 2018-ci il tarixində şagirdlərin payız tətilini səmərəli keçirilməsi məqsədi ilə IV sinif şagirdləri arasında intellektual yarış keçirildi .Yarışda 8 komanda iştirak edirdi. Birinci mərəhələdə komandalar iki qrupa ayrıldılar.İkinci mərhələdə isə ən çox bal toplayan komandalar yarışdı.Nəticəyə əsasən I yerə 4d sinfinin “Günəş” komandası, II yerə 4f sinfinin “Su” komandası, III yerə isə 4b sinfinin “Zirvə” komandası layiq görüldü. Qaliblər diplomlarla təltif olundu.