"9 Noyabr- Dövlət Bayrağı Günü"nə həsr olunmuş şeir müsabiqəsi keçirilib

9 Noyabr-Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə noyabrın 8-də məktəbimizin V-X sinif şagirdlərinin iştirakı ilə şeir müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən şagirdlərimiz Azərbaycan Respublikasının dövlət atributları haqqında geniş bilik və bacarığa malik olduqlarını nümayiş etdirməklə yanaşı, vətənimizlə-doğma yurdumuzla bağlı şeirlər də söylədilər. Bu şagirdlər içərisindən V sinif şagirdləri Rəhmanova Fatimə, Eminli Arzu, Zərbəliyev Cəfər, VI sinif şagirdlərindən Nəsirova Leyla, Quliyeva Aysu, Nəbiyev Nihat, Qasımova Humay xüsusilə fərqləndikləri üçün münsiflər heyəti tərəfindən mükafatlandırıldılar.
Müsabiqədə I yerə VII b sinif şagirdi Nəsirova Nişanə Seymur qızı, II yerə VIII b sinif şagirdi İsmayılzadə Mehdi, III yerə V ç sinif şagirdi Babayev Rəhim Sahib oğlu və IX a sinif şagirdi Quliyeva Məlahət Əminağa qızı layiq görüldü.