“9 noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib

Tədbirdə məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Bayramova Həməşəxanım , tarix fənn metodbirləşmə rəhbəri Dadaşova Şahnaz, tarix müəllimləri Əliyeva Vəsilə, Bayramova Surəyya, Azərbaycan dili və ədəbiyyat müəllimi Umarova Şəbnəm və məktəbin VIII-XI sinif şagirdləri iştirak edirdilər. Tədbir Dövlət Himni ilə başladıqdan sonra şagirdlərdən İsmayılzadə Ayaz, Ağayeva Səkinə və Əlizadə Həsən ardıcıl olaraq Bayrağa aid şeir söylədilər. Kərimova Fatimə, Əmirov Emin, Hüseynli Nəsir, Hadıyeva Bilqeyis bayrağa aid məlumat verdilər. Ədəbi-bədii gecə VIII B və XIB sinif şagirdlərinin hazırladığı bədii kompozisiya ilə davam etdi. Şagirdlərin hazırladığı rəqslər və ifa etdiyi mahnılar tədbiri daha da canlandırdı.