Riyaziyyat fənnindən açıq dərs keçirilib

7 noyabr 2018 – ci il tarixində məktəbin Riyaziyyat müəllimi Ağayev Şaiq VI C sinfində açıq dərs keçirdi. Dərsin mövzusu “Tənasüb ” idi. Müəllim dərsi interaktiv təlim üsulu ilə təşkil etdi və motivasiyanı elə qurdu ki, hər bir şagird tənasüb haqqında fikir söyləyə bildi. Dərsin forması qruplarla iş üstündə qurulmuşdu. Tətqiqat sualı monitorda görünən kimi , müəllim qruplara müxtəlif tip çalışmalar verdi. Sonda müəllimin iştirakı ilə şagirdlərə verilən çalışmalar müzakirə olundu. Nəticədə sinif şagirdlərinin böyük bir hissəsi yüksək qiymətləndirildi.