“ Yüksəlsin bayrağım” adlı tədbir keçirilib

7 noyabr 2018 – ci il tarixində məktəbin ibtiadi sinif müəllimi Nəcəfova Ellada IIIB sinfində bayrağımızın yaranmasının 100 illiyinə həsr olunmuş “ Yüksəlsin bayrağım” adlı sinifdaxili tədbir keçirdi. Tədbirdə şagirdlər bayrağımızın yaranması tarixi haqqında məlumat verdi, şeirlər , mahnılar və rəqslər ifa etdilər. Tədbirdə məktəbin direktoru Abdullayev Akif , ibtidai siniflərin metodbirləşmə sədri Mürsəlova Könül , UBR Əliyeva Sevda , ibtiadi sinif müəllimləri Əkbərova Təranə, Əliyeva Məlahət və Məmmədova Vüsalə iştirak edirdi. Hər biri öz ürək sözləri ilə çıxış etdi və şagirdləri təbrik etdi.