Bayraq Günü ilə bağlı hərbi muzeyə ekskursiya təşkil olundu

8 noyabr 2018-ci il tarixində hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə Azərbaycan Hərbi Tarix Muzeyinə şagirdlərinin ekskursiyası təşkil olundu.
Bələdçi-tərcüməçi Gülnarə xanım qonaqlara muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi. Muzey bələdçisi 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları olan gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırdı. V-VIII sinif şagirdləri və təşkilatçı Kərimova Elnarə, sinif rəhbəri Bayramova Bənövşə Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular