Şagirdlər yaradıcılıq işlərini təqdim etdi
Məktəbdə fənnlərin tədrisinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkar edilməsi sahəsində fənn müəllimləri tərəfindənşagirdlərin bilik və bacarıqlarının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri 2 fevral 2016-cı il tarixdəgənc biologiya müəllimi Leyla Hüseynovanın biologiya fənni üzrə VI - VIII siniflərdə verilən tapşırıqlar əsasında hazırladıqlarılayihələrin təqdimatı tədbiri olmuşdur. VI c sinif şagirdləri Esmira Atazadə və Zərnişan Məmmədova, VIIb sinif şagirdləriFiruzə Məlikzadə və İlham Əliyevin hazırladıqları layihələr münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi.