“Uşaq Hüquqları aylığı “ ilə bağlı tədbirlər keçirilib

Məlum olduğu kimi,bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinin 29 ili tamam olur.Hər il olduğu kimi,bu il də Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması  məqsədilə ölkəmizdə , eləcədə təhsil müəssisələrində “Uşaq hüquqları aylığı”elan edilmişdir.Aylıq çərçivəsində 2 noyabr 2018-ci il tarixində uşaqların fəal iştirakı ilə müvafiq tədbirlər təşkil olunmuşdur.7- 10 sinif şagirdləri arasında Uşaq Hüquqları Konvensiyasının  maddələrinin ən yaxşı bilicisi mövzusunda Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva treniqlər keçirmişdir..5-8-ci siniflər uzrə Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova və Psixoloq Samirə Rzayeva “Mən  öz hüquqlarımı bilirəm “ mövzusunda söhbətlər aparmışdır.Ay çərçivəsində silsilə tədbirlər davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi