“ Psixoloji və tərbiyəvi söhbətlər aparıldı”

31  Oktyabr  2018- ci il tarixində   XI sinif şagirdləri  ilə  psixoloji  tərbiyəvi  söhbətlər  aparıldı.  Söhbətlərin keçirilməsində əsas məqsəd şagirdləri həyata və cəmiyyətə hazırlamaq, vətənpərvər ruhda tərbiyə etmək, onların hərtərəfli inkişafı, geniş dünyagörüşünə yiyələnmələrinə nail olmaqdır.
Söhbətlər  zamanı şagirdlərlə boş vaxtın düzgün dəyərləndirilməsi,məktəbdaxili nizam-intizam qaydalarına riayət edilməsi, məktəb yoldaşları ilə dostluq münasibətinin qurulması, internet resurslarından düzgün şəkildə istifadəsi, ehtiyacı olan insanlara kömək edilməsi və s. mövzularda ətraflı danışılıb, onları maraqlandıran suallara cavablar verilib.Psixoloq S.Rzayeva çıxışında yeniyetmə gənclərin məktəb həyatında tutduğu mövqe və ictimai həyatda bir şəxsiyyət olduğunu  vurguladı.Tədbirin sonunda gələcəyimizin davamçılari olan gənclər və yeniyetmələrə tərbiyə işləri üzrə director müavini  E.Kərimova və Uşaq Birliyi Rəhbəri S.Əliyeva vətənin layiqli övaldları kimi  yetişməyi tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi