“Fövqəladə halların nəticələrinin aradan qaldırılması “ mövzusunda interaktiv dərs keçirilib

29 oktyabr 2018-ci il tarixində 9b sinfində Mələk Əzizovanın “Həyat bilgisi” fənnindən “Fövqaladə halların nəticələrinin aradan qaldırılması “ mövzusunda interaktiv dərsi keçirildi.Dərsin əsas məqsədi istənilən fövqəladə hal baş verərkən ,onun ağır nəticələrinin yaranmasının qarşısını necə almaq və yaranan fəsadların aradan necə qaldırılmasına yönəlmişdir.
Dərsin ilkin motivasiya mərhələsində SOS həyəcan siqnalı çalındı və fövqəladə hal yaranan zaman insanın necə hərəkət etməli olduğunu şagirdlər bizə əyani şəkildə nümayiş etdirdi.Daha sonra uşaqlar qruplara bölünərək müxtəlif fövqəladə hallar zamanı görülməli olan tədbirlər haqqında tədqiqat işləri apardılar.Tədqiqatın nəticəsi olaraq qrup liderləri öz işlərini təqdim edib, fikirlərini əsaslandırdılar.Beləliklə,meşə yanğınları zamanı,məişətdə baş verən müxtəlif qəza halları zamanı,təbii fəlakətlər zamanı və məktəbdə baş verə biləcək hər hansı qəza halı zamanı həm şagirdlərin,həm də hər bir sıravi vətəndaşın yerinə yetirməli olduğu öhdəlik və məsuliyyətlərlə tanış olduq.Dərsin gedişi zamanı 19 may 2015-ci il tarixində Bakı şəhəri Azadlıq prospektində çoxmərtəbəli yaşayış binasında baş vermiş faciəvi yanğına da toxunuldu.Bu hadisənin baş vermə səbəbləri, ölən və yaralananlarla bağlı məlumatlar verildi , hadisədən çəkilmiş videogörüntülər izlənildi.Dərs - müxtəlif və qəfil baş verə biləcək fövqaladə hadisələr zamanı necə davranmalı olduğumuzu bir daha bizə xatırlatdı və sonda müəllim reallaşdırmalı olduğu məqsədinə nail oldu.