“ Müstəqil Azərbaycan “ mövzusunda dəyirmi masa keçirilib

18 oktyabr 2018-ci il tarixində X – XI sinif şagirdləri ilə “ Müstəqil Azərbaycan “ mövzusunda dəyirmi masa keçirildi.Tarix müəllimi Şahnaz Dadaşova məlumat verdi ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Çıxışının sonunda müstəqilliyin qazanılmasında tarixi şəxsiyyətlərin rolunun danılmaz olduğunu qeyd edən Şahnaz Dadaşova sözü şagirdlərə verdi. X – XI sinif şadirdləri Firuzə Məlikzadə , Məsmə Xudiyeva , Rəşidə Zərbaliyeva, Hüseyn İsmayılov , Ülviyyə Qurbanova, Famil Kazimov AXC –nin varisi Azərbaycan Respublikasının müasir dövrdə qazandıqları uğurlardan bəhs etdilər. Tarix müəllimi Nadir İmanverdiyev Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsi, iqtisadi artım tempinə görə ölkəmizin nəinki regionda, həm də dünyada lider mövqeyə çatması haqqında məlumat verdi.Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Müstəqilliyimizin qorunmasında və nailliyətlərin qazanılmasında ümümmilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin böyuk rolu olduğu masa iştirakçıları tərəfindən xüsusi vurğulandı.