Mustəqillik günü qeyd olundu

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 20 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu aktın qəbul edilməsi Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.Məktəbimizin IV sinif şagirdləri Müstəqillik günü haqqında bildikləri məlumatları danışdılar. Slaydlara baxıb əlavə məlumatlar əldə etdilər.Sonda isə şagirdlər vətənpərvərlik haqqında şeirlər söylədilər.