"Sağlam ailə- Sağlam gələcəyin təminatıdır" mövzusunda interaktiv dərs keçirilib

13 Oktyabr 2018 -ci il tarixində 9-cu siniflərdə Mələk Əzizovanın təqdimatında Həyat Bilgisi fənninin tədrisi zamanı" Sağlam ailə- Sağlam gələcəyin təminatıdır" mövzusu tədris olundu. Mövzunun tədrisində başlıca məqsəd uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işi aparmaq , ailədə sağlam psixoloji mühitin pozulmasına təsir göstərən amilləri araşdırmaq oldu.
Şagirdlər qruplarda hazırladıqları təqdimatlarda müxtəlif üsul və vasitələrdən : Qərarlar ağacı, BİBÖ, VENN diaqramı istifadə edərək gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün neqativ təsir göstərən amillərdən çıxış yolları axtardılar. Ümid edirik ki, ölkəmizdə şagirdlər arasında bu yöndə aparılan maarifləndirmə işləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində “cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına öz töhfəsini verəcək.