20 Yanvar - Qan yaddaşımızdır

19 yanvar 2016-cı il tarixdə 20 Yanvar faciəsinə həsr olunmuş geniş tədbirlər keçirildi. İlk dərs saatları 20 Yanvar şəhidlərinə həsr olundu, şagirdlər tərəfindən hazırlanmış divar qəzetlərinin mütaliəsi keçirildi və şagirdlərin sərbəst hazırladıqları, 20 Yanvar şəhidlərinə həsr olunmuş slaydlar, təqdimatlar nümayiş etdirildi. Məktəbin pedaqoji heyəti və şagird kollektivinin birgə iştirakı ilə məktəbin həyətində abidəsi ucalan, Kərgicahan döyüşlərində şəhid olan Əmirəhməd Quliyevin abidəsi önündə geniş tədbir keçirildı.Tədbirdə məktəbin təşkilatçısı Elanarə Kərimova,psixoloqu Samirə Rzayeva,tarix müəllimləri Şahnaz Dadaşova və Nadir İmamverdiyev 1990-cı il 20 yanvarda baş verən hadisələr haqqında şagirdlərə geniş məlumatlar verdi, şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər dinlənildi. Sonra məktəbin ibtidai sinif müəllimi Gülüs Əhmədovanın rəhbərlik etdiyi 1"D" sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar şəhidləri Larisa və İlqar Məmmədova həsr olunmuş ədəbi-bədii kompozisiya akt zalında nümayiş etdirildi.( Bu tədbirə Videoqalereya səhifəsində baxabilərsiniz.)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi