Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə dəyirmi masa keçirildi

22 may 2018-ci il tarixində Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə Qala qəsəbəsində yerləşən Eko-Parkda biologiya müəllimi Fatimə Bəşirovanın təşkilatçılığı və IX B sinfi ilə birlikdə dəyirmi masa keçirildi.Əvvəlcə,bu əlamətdar günün tarixi və əhəmiyyəti vurğulandı.Daha sonra,Azərbaycanın ekologiyası və əsas ekoloji problemləri müzakirə mövzusu oldu.Əsasən neft və kimya sənayesinin ölkənin ekologiyasına vurduğu zərərlərin aradan qaldırılması sahəsində görülən tədbirlərin əhəmiyyəti qeyd edildi.Qlobal ekoloji problemlərin fəsadları-səhralaşma,torpaqların erroziyası,ozon dəlikləri,qlobal istiləşmə və.s müzakirə edildi.Xüsusilə də,Xəzər dənizi və Abşeron yarımadasının ekoloji problemlərinin aradan qaldırılmasında Azərbaycan Respublikasının rəhbərliyinin,Ekologiya və Təbii Sərvətlər nazirliyinin,bir sıra Hökumət və Qeyri-Hökumət təşkilatlarının gördüyü işlər müsbət qiymətləndirildi.Azərbaycan Respublikasının təbii sərvətlərinin səmərəli şəkildə və ekologiyaya zərər vermədən istifadə edilməsi yolları araşdırıldı.Ölkənin biomüxtəlifliyinin qorunması üçün qoruqların,yasaqlıqların,Milli Parkların yaradılması və mühafizəsi xüsusi vurğulandı.Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı verdiyi sərəncamlar,Qanunvericilik və Dövlət proqramları,dövlətin qoşulduğu beynəlxalq konvensiyaların əhəmiyyəti yüksək qiymətləndirildi.Daha sonra,Eko-Parkda gəzinti təşkil edildi,burada təbiəti mühafizə üçün yaradılmış şəraitlə və alternativ enerji mənbələri ilə tanışlıq oldu.İstixanada şam ağacı ştillərinin əkilməsində şagirdlər dəfəal iştirak edərək,öz köməklərini əsirgəmədilər.Sonda,parkın ərazisində xatirə şəkilləri çəkdirildi.