2ə sinif şagirdləri Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya etdilər

22 May 2018-ci il tarixində məktəbin 2ə sinif şagirdləri sinif rəhbəri ilə birlikdə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya etdilər.Məqsəd xalqımızın tarixi keçmişi, onun zəngin dövlətçilik ənənələri və eləcədə hərb tariximiz haqqında maraqlı məlumatlara yiyələnmək, həmçinin şagirdlərdə vətənpərvərlik hissini formalaşdırmaq idi. Şagirdlər muzeydə Azərbaycan tarixi ilə yaxından tanış oldular, müxtəlif maraqlı məlumatlar əldə edib xoş təəssüratlarla geri qayıtdılar.