İngilis dili fənnindən açıq dərs keçirildi

21 may 2018-ci il tarixində İngilis dili müəllimi Nərgiz Süleymanovanın IXa sinfində “Famous people of Azerbaijan” mövzusunda açıq dərsi keçirildi.Dərs zamanı şagirdlər şifahi nitq bacarıqlarını və vərdişlərini,qrammatik anlayışları mənimsədiklərini nümayiş etdirdilər.Dərs müasir tələblərə uyğun olaraq sistemli və ardıcıl mərhələlər əsasında keçirildi.Yeni təlim metodları əsasında keçirilən dərsdə müəllim motivasiya üçün qabaqcadan hazırlanmış Azərbaycanın məşhur insanları haqqındakı video çarxı şagirdlərə təqdim etdi.Video çarxı izlədikdən sonra qruplar verilən sualları cavablandırdılar,öz fikirlərini söylədilər.
Müxtəlif təlim metodlarından istifadə edən müəllim mövzunun şagirdlər tərəfindən mənimsənilməsinə nail oldu.Dərsin sonunda şagirdlərin bilik və bacarıqları meyarlar əsasında həm qrup şəklində,həm də fərdi olaraq qiymətləndirildi.