Açıq dərs keçirildi

21May2018-ci il tarixində məktəbin riyaziyyat müəllimi Səyavuş Batıyev VIII sinifdə “Mərkəzə meyilli ölçülər və ən böyük fərq” mözusunda açıq dərs keçirdi.Motivasiya mərhələsi üçün şagirdlərə bir müəssisə işçilərinin aylıq ortalama gəlirinin hesablanmasını göstərən, əvvəlcədən müəllim tərəfindən hazırlanmış dioqramlar  və mövzu ilə bağlı müxtəlif statistik hesablamalar təqdim olundu.Daha sonra şagirdlər qruplara bölündülər və hər birində üç sual olan iş vərəqləri qruplara təqdim olundu.Verilən vaxt tamamlandıqdan  sonra qrup liderləri tədqiqat işlərini təqdim etdilər.Təqdimatlar bitdikdən sonra qrup üzvlərinin təqdimatları müzakirə olundu,qaranlıq qalan nüanslar ətrafında fikir mübadiləsi aparıldı.Yaradıcı tətbiqetmə üçün şagirdlərə mövzu ilə bağlı müxtəlif çalışmalar verildi.Sonda qruplar əvvəlcədən müəyyənləşdirilən meyarlar əsasında səviyyələr üzrə  qiymətləndirildilər.Fərdi olaraq fəallığı ilə fərqlənən şagirdlər müəllim tərəfindən vurğulandı və formativ qiymətləndirmə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi