“Breyn Rinq” bilik yarışı keçirildi

21 may 2018-ci il tarixində məktəbin coğrafiya müəllimi Səbirə Məmmədova VII siniflər arasında coğrafiya fənnindən “Breyn Rinq” bilik yarışı keçirdi. Şagirdlərin coğrafi biliklərinin yoxlanılması məqsədi ilə keçirilən yarışda müəllim tərəfindən müxtəlif mövzuları əhatə edən suallar siniflərə təqdim olundu.Şagirdlər qoyulan vaxt ərzində verilən sualları cavablandırmağa çalışdılar.Verilən vaxt başa çatdıqdan sonra cavablar kapitanlar tərəfindən müəllimə təqdim olundu.Şagirdlərin verdikləri cavablar qiymətləndirilərkən,onların dəqiqliyi ilə bərabər elmiliyi,aydınlığı və ətraflı olmasına da diqqət yetirildi.Yarışan “Kainat”,”Everest” və “Okean” komandalarından qalibiyyəti 7b sinfini təmsil edən “Everest” komandası qazandı.Sonda şagirdlərə fəal iştiraklarına görə təşəkkür edildi, fəallığı ilə seçilən şagirdlər vurğulandı və gələcəkdə də bu cür yarışların keçirilməsinin arzuolunan olması qeyd olundu.