Komandamız Bakı şəhəri məktəbləri arasında III yerə layiq görüldü

19 may 2018-ci il tarixdə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Bakı şəhəri ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “STEM Plus” Bilik Olimpiadasında məktəbin” Kaspi” komandası iştirak edirdi. 34 məktəbin arasında uğurla çıxış edən komandamız III yerə layiq görülmüşdür. Komandanın üzvləri Zahidə Kərimova, Əflatun Mövludlu, Əli Mürsəlov, Nüranə Məmmədli, İmran Niftəliyev rəqib komandanı məğlub edərək qalibiyyət qazandılar. Komandamızı Qərbi Kaspi Universitetinin dekanlığı təbrik edərək universitetin rektoru tərəfindən hazırlanan diplom və hədiyyələrlə təltif etdi. Komandanın rəhbəri Elnarə Kərimova belə bir yarışda uğurla iştirak edən komandamızın uğurlarının davamlı olacağını vurğuluyaraq komandaya təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi