Dəyirmi masa keçirildi

14 may 2018-ci il tarixində  məktəbimizin  riyaziyyat müəllimi  Ağayev Şaiq tərəfindən  9-cü sinif şagirdlərinin   iştirakı ilə  “Nəsirəddin Tusi yaradıcılığı” mövzusunda  “Dəyirmi masa” keçirildi.                        “Dəyirmi masa”da şagirdlərə Nəsrəddin Tusinin elmi yaradıcılığı haqqında geniş məlumat verildi.Alimin yaradıcılığından astronomiya və riyaziyyat elmləri üzrə apardığı tədqiqatlara xüsusi diqqət yetirildi.Şagirdlərə bildirildi ki,onun riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.

      Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 

       YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir.

       Şagirdlər Tusinin istər həyatı ,istərsə də  yaradıcılığı haqqında geniş məlumatlar əldə etdilər.Onun riyaziyyat elminə verdiyi töhfələr haqqında müəllimin yürütdüyü mülahizələri diqqətlə dinlədilər və mövzu ətrafında  fikir mübadiləsi aparıldı.

       Sonda “Dəyirmi masa” iştirakçıları Tusinin yaradıcılığı haqqında dolğun məlumat aldıqlarını qeyd etdilər,müəllimin ümumiləşdirmələri ilə “Dəyirmi masa” yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi