“Azərbaycan bölgələrinin milli sərvətləri”mövzusunda sərgi keçirildi

12 may 2018-ci il tarixində məktəbin ibtidai sinifləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan bölgələrinin milli sərvətləri”mövzusunda sərgi keçirdilər.Sərgidə hər bir ibtidai sinif müəllim,şagird və valideynlərin köməyi ilə əvvəlcədən püşkatma yolu ilə təyin olunmuş bölgələr haqqında materiallar hazırlayaraq nümayiş etdirdilər.Sərgiyə baxışa 400-dən artıq valideyn gəlmişdi.Sonda yaradılmış münsiflər heyəti tərəfindən hər bir sinif bir nominasiya üzrətəltif edildilər.