Biologiya fənnindən “Breyn Rinq” keçirildi

4 may 2018-ci il tarixində biologiya fənnindən VIII siniflər arasında “Breyn Rinq” keçirildi.”Breyn Rinq” biologiya fənn müəllimi və metodbirləşmə rəhbəri Fatimə Bəşirova tərəfindən hazırlanmışdı.Bu “Breyn Rinq”in keçirilməsində əsas məqsəd şagirdlərdə biologiya fənninə marağı artırmaq , fənnə aid sahib olduqları bilik və bacarıqları daha da inkişaf etdirmək idi.”Breyn Rinq”də məktəbin beş VIII sinfi və hər sinifdən seçilmiş beş şagird iştirak edirdi.Onlardan biri komandanın kapitanı təyin edildi.Əvvəlcə,yarışın qaydaları şagirdlərə çatdırıldı.Hər tur on sualdan ibarət olmaqla yeddi kateqoriyadan (sinir və endokrin sistem,dayaq-hərəkət sistemi,dəri və ifrazat sistemi,qan-damar sistemi,tənəffüs sistemi,həzm sistemi və duyğu orqanları-analizatorlar) seçilməli idi.Seçimi əvvəlcədən püşkatma yolu ilə müəyyənləşdirilmiş istiqamətdə növbə ilə komandaların kapitanları etdilər.Hər bir kateqoriyada müxtəlif çətinlik dərəcəsində və bu dərəcəyə uyğun balla qiymətləndirilən beş sual var idi.Sualların cavablandırılmasına maksimum üç dəqiqə vaxt verildi.Breyn Rinq üç turdan ibarət oldu.I turda minumum xal toplayan iki sinif yarışı tərk etdi.II turda qalan üç sinifdən ən az xal toplayan daha bir sinif yarışdan çıxmalı oldu.Beləliklə, final turunda VIIIA və VIIIB sinifləri yarışdılar.Gərgin və uzun sürən mübarizənin sonunda VIIIB sinfi qalib gəldi.Qalib sinifin şagirdləri diplom və kubokla mükafatlandırıldı.