“Musiqi dünyamız adlı “ müsabiqə keçirildi

02 may 2018-ci il tarixində məktəbimizin 2- ci sinifləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Musiqi dünyamız ” adlı müsabiqə keçirildi. Müsabiqədə şagirdlər tərəfindən hazırlanmış maraqlı musiqi nömrələri nümayiş olundu. “Azərbaycan”, Cənab leytenant”,“Xəzərim”, “Yaşa Azərbaycan “kimi mahnılar şagirdlər tərəfindən səsləndi.Sonda münsiflər tərəfindən I yerə 2e sinfi,II yerə 2ə sinfi ,III yerə isə 2a və 2b sinifləri layiq görüldü. Qaliblər diplomlarla təltif olundu. 2f sinfinin müəllimi Şəbnəm Rüstəmova isə “Ən yaxşı sujet xəttli” musiqi nömrəsi hazırladığı üçün təltif olundu.