“ Əbədi ezamiyyət”filminə baxış keçirildi

02 may  2018-ci  il  tarixdə  “Cümhuriyyət ili” Azərbaycan  dövlətinin  və  xalqının  “Cümhuriyyət  qurucularına  dərin  hörmət  və  ehtiramının  ifadəsidir”  mövzusunda  tarix  müəllimi   Şahnaz  Dadaşovanın  rəhbərliyi ilə  VIII-XI sinif şagirdlərinə  “Əbədi  ezamiyyət”  sənədli filmi nümayiş  etdirildi. Ssenari müəllifi Müsəllim Həsənov ,quruluşçu  rejissorlar  Vüqar İslamzadə və  Fariz  Əhmədovun ərsəyə  gətirdiyi  sənədli  film 2016-cı  ildə “Baku  Media  Center”  tərəfindən  çəkilmişdir. Film  müəllimlər  və  şagirdlər  tərəfindən  maraqla qarşılandı.Filmə  baxdıqca  müstəqilliyimizin  hansı  əziyyətlər  bahasına  əldə olunduğunu  görürük. Çar  Rusiyasının  işğal  etdiyi  Azərbaycan   öz müstəqilliyini  elan  edərək  23  ay  şərəflə  yaşadı, qəhrəman  oğulların  sayəsində  Azərbaycan  Cümhuriyyəti  1920-ci  ildə  Fransada  bütün  dövlətlər  tərəfindən    de-fakto  tanındı. Cümhuriyyətin  süqutu  nəticəsində  vətənə  dönə  bilməyən  bu  fədailər “əbədi ezamiyyət”də  qalmağa   məcbur  oldular. Kadrlara baxdıqca  müstəqil  dövlətimizin varlığının  bizim  üçün   nə  qədər  qürurverici  olduğunu anlayırıq. Film şagirdlərin  biliklərinin  yenilənməsi   baxımından   əhəmiyyətli  oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi