Açıq dərs keçirildi

27 aprel 2018 ci il tarixində IVc sinfində ingilis dili fənnindən Ülkər Məmmədovanın “ Animals ”mövzusunda açıq dərsi keçirildi.Dərs heyvanların qorunması mövzusunda idi.Motivasiya olaraq müəllim video çarxdan istifadə etdi. Şagirdlər “Sun” və “Moon” qruplarına bölündülər.Tədqiqatın aparılması mərhələsində şagirdlər verilən tapşırıqlara ayrılan vaxt ərzində tapşırıqları yerinə yetirməyə çalışdılar.Vaxt başa çatdıqdan sonra qrup liderləri işlərini təqdim etdilər.Sonra təqdimatlar ətrafında müzakirələr aparıldı.Müxtəlif resuslardan istifadə edərək oyunlar keçirildi.Dərs bir neçə fənlə inteqrasiya olundu.Sonra müəllim qrupları meyarlar əks olunmuş qiymətləndirmə cədvəlinə əsasən və şagirdlərin biliyini fərdi olaraq qiymətləndirdi.