“Bacarıqlı əllər “ dərnəyinin sərgi müsabiqəsi keçirildi

27aprel 2018-ci il tarixində Binə Mədəniyyət evində  8№li Uşaq Gənclər İnkişaf Mərkəzinin  “ Bacarıqlı Əllər”dərnəyinin  rəhbəri Əfsanə Əzizovanın rəhbərliyi ilə 121№li məktəbin şagirdlərinin əl işlərinin “Biri var idi...Biri yox idi...” adlı  sərgi müsabiqəsi keçirilmişdir.Sərgidə 8№li Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, həmin mərkəzin direktor müavini  Rafiq Rəhimov, 121№ məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova və 8№li Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimləri iştirak edirdilər.Onlar şagirdləri təbrik edib, gələcək yaradıcı işlərində uğurlar arzulayaraq diplomlarla təltif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi