Dəyirmi masa keçirildi

25 aprel 2018- ci tarixində ibtidai sinif müəllimi Göyçək Cəfərova tərəfindən Ümümtəhsil məktəb şagirdlərinin mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı “Oxu günü” aylığının tədbirlər planına əsasən S.S.Axundovun “Qorxulu nağıllar” əsərinin müzakirəsinə dair “Dəyirmi masa “ keçirildi.IV sinif şagirdləri S.S.Axundovun “ Qorxulu nağıllar” başlığı altında yazdığı “Əhməd və Məleykə”,”Abbas və Zeynəb”,”Nürəddin”,”Qaraca qız” və “Əşrəf ” hekayələri əsasında diskusiya apardılar. Şagirdlər əsərdəki müsbət və mənfi obrazları müzakirə edib,onlara öz münasibətlərini bildirdilər.