Məntiqi intellektual yarış keçirildi

25 Aprel 2018-ci il tarixində şagirdlərdə məntiq və təfəkkürün aşkarlanması məqsədilə intellektual bilik yarışı keçirilmişdir. Yarışda VI siniflər iştirak edirdi. Komanda şəklində mübarizə aparan şagirdlərin intellekt səviyyəsi və hazırcavablığı nəzərə alınaraq bal sistemi ilə qiymətləndirildi. I yerə VIa sinfinin, II yerə VId sinifinin, III yerə isə VIb sinfinin komandası layiq görülərək diplomlarla təltif olundu.