“Months and Dates” mövzusunda açıq dərs keçirildi

24 aprel 2018-ci il tarixində Çinarə Abbasovanın ingilis dili fənnindən  IVç  sinfində  “Months and Dates” mövzusunda açıq dərsi keçirildi. Dərs zamanı motivasiya elektron lövhədə fəsillərə aid slaydlar göstərməklə quruldu. “İndi hansı fəsildir?”, “Sizin sevimli fəsliniz hansıdır və nə üçün?” kimi tədqiqat sualları səsləndirildi. Şagirdlər “Months” və “Dates” adlı iki qrupa bölünmüşdülər. Hər iki qrup fəsillər və aylar mövzusunda təqdimatlarını təqdim etdilər. Şagirdlərin qiymətləndirilməsi həm qrup işi, həm də fərdi şəkildə meyarlar üzrə aparıldı. Dərs zamanı fəsillərə və aylara aid slaydlardan, şəkillərdən , şagird dərsliyindən istifadə olundu. Dərsdə fəal iştirak edən şagirdlər müəllim tərəfindən mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi