“Ədəbiyyat reallığı əks etdirirmi?” mövzusunda debat keçirildi

 21 aprel 2018 tarixdə  Azərbaycan dili və ədəbiyyat müəllimi  Səbinə Məhərrəmovanın təşkilatçılığı ilə”Oxu günü” münasibəti ilə 121 və 117 nömrəli tam orta məktəblərin 10-cu sinif şagirdləri arasında  “Ədəbiyyat reallığı əks etdirirmi?” mövzusunda  debat keçirildi.Debat komanda üzvlərinin bir-birini və zalı salamlamaları ilə başladı.Qarşılıqlı arqumentlər və təqziblərlə davam edən debatda şagirdlərin maraqlı diskusiyaları ortaya çıxdı.Qiymətləndirmə aparan münsiflər şagirdlərin gətirdiyi arqumetlərin əsaslı olub-olmamasını,onların fikirlərini səlis ifadə etməsini,qarşılıqlı hörmət prinsipinə riayyət etməsini də nəzərə alaraq sonda hər iki məktəbin şagirdlərinə bərabərlik verdilər.Debat yekunlaşdıqdan sonra mövzu ətrafındakı müzakirəyə dinləyicilər də münasibət bildirdilər.Sonda münsif müəllimlər tərəfindən bu maraqlı müzakirəyə görə şagirdlərə təşəkkür edildi və gələcəkdə də bu cür tədbirlərin keçirilməsinin təqdirə layiq olduğu qeyd  edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi