V siniflərdə şagirdlərin oxu bacarıqları yoxlanıldı

“ Təhsildə keyfiyyət ili” ilə əlaqədar V siniflərdə şagirdlərin oxu bacarıqları səviyyəsini öyrənmək və qiymətləndirmək məqsədi ilə Va,Vb,Vd sinflərində Əfsanə Xalıqova , Vc,Vç sinflərində isə Təranə Məmmədtağıyevanın dərsləri dinlənilmişdir. Müəllimlər oxu dərslərində əlavə oxu materiallarından istifadə etməklə şagirdlərdə bədii ədəbiyyata, ədəbi dilə daha çox maraq oyatmağa çalışırdılar. Əlavə materiallardan istifadə etməklə müəllimlər ,şagirdlərin söz ehtiyatını zənginləşdirir, sözlərin düzgün tələffüz olunmasına diqqət yetirir, şagirdlərdə mütaliə vərdişlərini təkmilləşdirirdilər.