”Hekayə yaradıcılığı” adlı dəyirmi masa keçirildi

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı “Tədbirlər planı”na əsasən Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Səlimova 19 aprel 2018-ci il tarixində Mir Cəlal Paşayevin hekayələrinin müzakirəsi ilə bağlı”Hekayə yaradıcılığı”adlı dəyirmi masa keçirdi.V-VIII sinif şagirdləri oxuduqları hekayələr və onlardakı əsas mətləbləri müzakirə edib , öz fikirlərini söylədilər.Ədibin bir sıra hekayələrinin ibrətamiz öyüdlər təsirini bağışladığını qeyd etdilər. Ümumiyyətlə ,Mir Cəlal Paşayevin hekayələrində daha çox tərbiyəvi , ibrətamiz məqamlara müraciət olunur.Yazıçı oxucularında vətənpərvərlik ,zəhmətsevərlik ,halallıq, mənəvi saflıq kimi yüksək əxlaqi- mənəvi keyfiyyətlər aşılamağa çalışır. Şagirdlərin mənəvi aləminin zənginləşməsində , dünyagörüşünün və bilik dairəsinin genişlənməsində bədii qiraətin rolu böyükdür.Bu baxımdan çalışırıq ki , şagirdlərimiz kitabxana ilə sıx əlaqə saxlasın və daha çox bədii əsərlər mütaliə etsinlər.