“Abşeron möcüzələri” adlı dəyirmi masa keçirildi

19 aprel 2018 ci il tarixində Təsviri incəsənət fənnindən “Abşeron möcüzələri” adlı dəyirmi masa keçirildi. “Dəyirmi masa”da VIII-IX cu sinif şagirdləri iştirak edirdilər.Təsviri incəsənət fənn müəllimi Bayramnisə Quliyeva hazırlanmış slaydlar vasitəsi ilə Abşeron qalalarını nümayiş etdirdi.Şagirdlər ayrı-ayrı qalalar haqqında məlumatlar verdilər. “Qız qalası”, “Nardaran Qalası” , “Ramana qalası” , “Mərdəkan qalaları” nın tarixi,onların nə məqsədlə tikilməsi,formaları və qalaların yeraltı yollarla bir-biri ilə əlaqəli olduğu haqqında danışdılar. Tədbirin sonunda şagirdlər “Abşeron qalaları” haqqında sənədli filmə baxdılar.