Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq

18 aprel 2018-ci il tarixində məktəbimizin bir qrup yuxarı sinif şagirdləri,hərbi müəllim və sinif rəhbərləri Binə Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə vətən torpaqları uğurunda qəhrəmanlıq göstərən igid oğullarımızla görüşdə iştirak etdilər.Aprel döyüşlərinin iştirakçıları keçdikləri döyüş yolu haqqında şagirdlərə məlumat verdilər.Vətən torpağının hər qarışının müqəddəs olduğunu qeyd etdilər və lazım gəlsə, bu torpaq uğrunda ölməyə və öldürməyə həmişə hazır olduqlarını bildirdilər.