“Oxu günü” ilə bağlı müzeylərə ekskursiya təşkil olundu

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin 04 aprel 2018 ci il tarixli F-148 nömrəli əmrinə əsasən “Oxu günü”nə dair məktəbdə “ Tədbirlər planı” hazırlanmışdır.Tədbirlər planında məktəb şagirdlərinin elm-mədəniyyət mərkəzlərinə ekskursiyaları təşkil olunması öz əksini tapmışdır. Şagirdlərimiz 18 aprel 2018-ci il tarixində “Qız Qalası”,“Şirvanşahlar Sarayı”,“Xalça Müzeyi”nə getmiş,Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi kitabxanasında olmuşlar.