“Dəyirmi masa” keçirildi

18 aprel 2018-ci il tarixində IXA sinfində “Ali sinir fəaliyyətində baş verən pozğunluqlar nəticəsində yaranan xəstəliklər” mövzusunda biologiya fənn müəllimi və metodbirləşmə rəhbəri Fatimə Bəşirovanın təşkil etdiyi “dəyirmi masa” keçirildi.“Dəyirmi masa”nın əsas məqsədi insan psixologiyasında baş verən problemləri və bu problemlər nəticəsində yaranan xəstəlikləri,həmçinin bu xəstəliklərin ortaya çıxardığı fəsadları araşdırmaq,onların aradan qaldırılması istiqamətində görüləcək işlər oldu.Əvvəlcə,şagirdlər “psixologiya nədir ?” sualına cavab axtardılar.Daha sonra,psixoloji problemlərin yaranma səbəbləri araşdırıldı.Psixologiyanın ali sinir fəaliyyəti ilə əlaqəsi və bu əlaqə pozulduğu təqdirdə hansı xəstəliklərin yarana biləcəyi müəyyənləşdirildi.Ən ciddi və statistik göstəriciləri nəzərə almaqla ən geniş yayılmış psixoloji xəstəliklər (nitq pozğunluqları,psixotik pozğunluqlar,yuxu pozğunluqları,yaddaş pozğunluqları və.s) müzakirə edildi. Altsheymer xəstəliyi barədə videoçarx nümayiş etdirildi.Bu xəstəliyin yaranması,yayılması fəsadları və müalicəsi tədbirlərinə toxunuldu.Son zamanlar şəxsiyyətin bölünməsi psixoloji problemlərin əsasında durur.Bipolyar pozuntu,şizofreniya və depressiya bunların ən başında gəlir.Bu xəstəliklərin daha dərin öyrənilməsi üçün kiçik videomaterial nümayiş etdirildi.Kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə nitq pozğunluqları və belə problemlərin aradan qaldırılmasında loqopediyanın rolunun danılmaz olduğu qeyd olundu.Beləliklə,ali sinir fəaliyyətində və ümumi insan psixologiyasında yaranan problemlərin səbəbləri,həm sosial həm bioloji amillərin bu problemlərin yaranmasına və aradan qaldırılmasına təsiri barədə fikirlər əsaslandırıldı.Bu xəstəliklərin müalicə üsulları və bu üsulların əhəmiyyəti,bu sahədə görülən tədbirlər qiymətləndirildi.